EventsMədəniyyətTəqdimat

Mərakeş Azərbaycan rəssamlarının gözü ilə

Dekabrın 8-də Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində “Mərakeş Azərbaycan rəssamlarının gözü ilə” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş ölkələrimiz arasında möhkəm dostluq əlaqələrindən danışıb, həm rəsmi Rabatla Bakının öz regionlarında dözümlülük və multikulturalizm mərkəzləri olduğunu qeyd edib.

Diplomat hər iki ölkənin özünəməxsusluğu və zəngin mədəniyyəti ilə fərqləndiyini deyib.

Sonra Mərakeş və Azərbaycanın mahnılarından ibarət konsert olub.

Xatırladaq ki, Mərakeş səfirliyi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində 6-18 yaşlı azərbaycanlı rəssamlar üçün müsabiqəyə bu ilin avqustunda start verib.

Rəsm müsabiqəsində Azərbaycanın bütün bölgələrindən 500-dən çox gənc rəssam iştirak edib. Üç kateqoriyada keçirilən müsabiqədə 9 nəfər qalib adına layiq görülüb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!