EventsMədəniyyətSərgiTəqdimat

Mərhum jurnalist-rəssam Taleh Cavanşiroğlunun rəsmlərindən ibarət sərgi təşkil olunub

Xətai Sənət Mərkəzində mərhum jurnalist-rəssam Taleh Cavanşiroğlunun rəsmlərindən ibarət bukletin və “Hardasan?” adlı kitabın təqdimatına həsr olunan tədbir keçirilib.

Mərkəzdən Frame.az-a bildirilib ki, tədbirdə rəssamlar, iş və sənət adamları, şairlər, həkimlər, alimlər və yazıçılar iştirak ediblər.

Çıxış edən qonaqlar mərhum rəssamın əsərlərindən və onunla bağlı xatirələrindən bəhs edib, əl işlərini yüksək qiymətləndiriblər.

Mərhum Taleh Cavanşiroğlunun anası həkim, jurnalist, şairə “Qafqaz –Media” İctimai Birliyinin sədri, Azadə Taleh gələn qonaqlara öz dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, Taleh Cavanşiroğlu 1988-ci ildə Bakıda anadan olub. Gəncə türk-özəl liseyində təhsil alan mərhum rəssam, həmçinin Gəncə rəssamlıq məktəbinin, Ankara Universitetinin Hüquq fakültəsinin və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunu olub. Onun ilk fərdi sərgisi 11 yaşında Azərbaycanda, Gürcüstanda və Almaniyada keçirilib. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında başa vurub. Mərhum ailəli idi, 4 yaşlı qızı var.

Taleh Cavanşiroğlu 2020-ci il iyulun 19-da, 31 yaşında qəfil ürək tutmasından dünyasını dəyişib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!