Maqlar ilə maraqlananlar üçün yeni kitab nəşr edilib
Sevda İmanovanın müəllif olduğu “Folklor və Magiya” kitabı işıq üzü görüb.Bildiyiniz kimi magiya sırf kor təbii bir şəkildə günümüzdə təzahür edir. Amma bu düşüncələrin haradan gəldiyi, günümüzdə nəyin sahəsində aktual bir mövzuya çevrildiyini anlamaq üçün müəllif şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə edərək çox maraqlı bir məsələni araşdırmış və gözəl nümunələr vermişdir.
Kitab 3 fəsildən ibarətdir. Birinci fəsildə “Magiya, Din, Folklor, və Janr” ikinci fəsildə “Liro-dramatik folklor və magiya”, üçüncü fəsildə isə “Epik folklor və magiya” haqda, ətraflı məlumat verilib.
Müəllifin fikirincə folklor və magiya əlaqələri problemə ilk növbədə tarixi və müqayisəli müstəvidə yanaşmağı tələb edir. Belə ki, “folklor” və “magiya” kəlmələri sosial antopologiyanın hər nə qədər “adiləşmiş” terminlərdən olsa da, elmin inkişafı antopoloji düşüncənin folklor və magiya sahələri arasında qarşılıqlı əlaqələrdə “qaranlıq” məqamlar aşkarlamaqda davam edir. Burada münasibətlər modeli son dərəcədə mürəkkəbdir. Belə ki, folklor və magiya tarixən bir-biri ilə çulğalaşmış, qovuşmuş bir laylardır. Bu laylar arasındakı münasibətlərin həm tarixi, həm müqayisəli müstəvidə öyrənilmə zərurəti mnoqrafiyada tarixi-müqayisəli metodun tətbiq edilmsəini tələb etmişdir.
Müəllif kitada qeyd edir ki, folklar və magiya əlaqələrinə dair dünyada ən müxtəlif və cərəyanların baxışlarını əks etdirən tədqiqatlar vardır.Bu tədqiqatların heç birində Azərbaycan folkloruna , o cümlədən onun magik folkloruna müraciət edilməsədə, onlar sematik struktur və tipologiyanın öyrənilməsindən ötrü çox ciddi nəzəri-metodoloji baza verir.
Kitabda həmçinin müəllif qeyd edir ki, Azərbaycan nağılları magik görüşləri əks etdirən obraz və motivlərlə zəngindir. Nağıllarda magik elementləri, demək olar ki, bütün nağıl növlərində aşkarlamaq olar. Ancaq heç şübhəsiz ki, nağıllar içərisində magiya ilə bağlılıq özünü daha çox sehrli nağıllarda göstərir. Nağıllarda sehrli predmetlərin hamısı magik funksionallığa malikdir.
Ümumiyyətlə isə folklor xalqın şifahi bədii yaradıcılığı olsa da, o sırf bədii hadisə deyildir, və öz kökləri etibarı ilə həm də magiyaya bağlanır.
Qeyd edək ki, kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Frame.az