Mastercard və “Baku Taxi” yenidən əməkdaşlıq edir: Sərnişinlərə 10% endirim!
Mastercard® Bakıda sərnişinlər üçün yeni faydalar təqdim etmək məqsədilə “Baku Taxi” ilə əməkdaşlığını davam etdirir.
Mastercard® və “Baku Taxi” elektrik taksilərilə yeni və maraqlı əməkdaşlıqlarını elan edərək sərnişinlər üçün ümumi gediş haqqına 10% endirim təqdim edir.
Bu tərəfdaşlıq çərçivəsində bütün Mastercard® kart sahibləri, o cümlədən Bakıya səfər edən xarici turistlər, “Baku Taxi”nin elektrik taksillərin xidmətlərindən istifadə edərkən təhlükəsiz və rahat ödənişlər etməklə bu endirimdən yararlana bilərlər. Endirim Apple Pay və ya Google Pay vasitəsilə ödəniş edildikdə avtomatik olaraq ümumi məbləğə tətbiq olunacaq. Bu təşəbbüs Mastercard-ın Azərbaycanda gündəlik əməliyyatları daha rahat və faydalı etmək öhdəliyini daha da gücləndirir.
“Azərbaycanda gündəlik ödənişləri daha asan və sərfəli etməyə davam etdiyimiz üçün çox şadıq. ‘Baku Taxi’ ilə tərəfdaşlığımız sayəsində yalnız ödəniş prosesini sadələşdirmir, eyni zamanda Bakıda taksi ilə səyahət təcrübəsini daha rahat və əlçatan edirik”, – deyə Mastercard-ın Azərbaycan və Türkiyə üzrə baş meneceri Avşar Gürdal bildirib.
Bu əməkdaşlıq Mastercard-ın dünya üzrə milyonlarla insan üçün innovativ, təhlükəsiz və rahat ödəniş həlləri təqdim etmək öhdəliyinin bir hissəsidir. Mobil ödənişlərdən istifadənin artması fonunda Mastercard® yerli tərəfdaşlarla birlikdə gündəlik həyatın müxtəlif sahələrində dəyər yaratmaq üçün çalışmağa davam edir.
Ətraflı məlumatı mastercard.az saytından əldə edə bilərsiniz.