“Mastercard”kart sahiblərini alış-veriş zamanı imza atmaq tələbindən azad etdi
Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti ABŞ və Kanadada ticarət obyektlərinin nümayəndələri kredit və debet kart vasitəsilə alış-veriş zamanı kart sahiblərinin imzası tələbindən artıq imtina edə biləcəklərini elan edib. Bu qərarın əsas məqsədi növbədə duran müştərilərin keçməsini sürətləndirmək və müştərilərlə işə daha yaxşı nəzarət etmək imkanıdır.
Son illər ərzində “Mastercard” avtorizasiya və təhlükəsizliyin təmin olunması istiqamətində yeni həllər həyata keçirib, onların arasında çipli kartlara müvəffəqiyyətli keçid, tokenizasiya, biometriya vəfırıldaqçılığın qarşısını almaq üçün kart sahiblərinin imzalarında ehtiyacı minimuma endirən erkən aşkaretmə sistemləri.Şirkət tərəfindən qəbul olunmuş “Sıfır məsuliyyət” (“Zero Liability”) prinsipi o deməkdir ki, kart sahibləri karta yetirilən hər hansı zərərə görə heç bir zaman məsuliyyət daşımırlar.Bundan başqa, kontaktsız və qısamüddətli ödənişlər lazımi avadanlıqla təchiz edilmiş yeni ödəniş terminallarının əksəriyyətində quraşdırılır.
Yeniliyi qeyd etmək üçün “Mastercard” Amerikada “Signature Retirement” adlı sorğu keçirərək müəyyənləşdirib ki, oradakı istehlakçılar da imzalarlavidalaşmaq arzusundadırlar:
Demək olar ki, hər beşinci amerikalı (17%)satış üzrə qəbzlərin rəsmləşdirilməsi istisna olmaqla sonuncu dəfə nə zaman qol çəkdiyini xatırlamır. Gənc nəsil isə bu məlumatı daha da çətinliklə yada salır.
Satış hüdudlarından kənarda istehlakçıların yarısından çoxu (55%) ayda bir neçə dəfə və ya ondan da az imza atır.
Amerikalıların təqribən ¾ hissəsini (72%) mağazadaonların qarşısında duran adamın uzun müddət ödəmə etməsi qıcıqlandırır.
Amerikalıların 32%-i əl ilə yazmamağa üstünlük verirlər. Daha gənc istehlakçılar (18-34 yaşlı) yaşlı istehlakçılarla (55+) müqayisədə iki dəfə daha çox əl ilə yazmağı sevmirlər.
“Mastercard” alış zamanı kart sahiblərdən imza tələb etməyəcəyi haqqında qərarı ilk dəfə 2017-ci ilin oktyabr ayında elan edib.
Frame.az