FinansIqtisadiyyatPR-TanıtımTəqdimat

“Mastercard”la bir toxunuşla ödəniş edin!

“Mastercard”ın “Goldenpay” şirkəti ilə əməkdaşlığı sayəsində bundan sonra ödənişləriniz daha tez reallaşacaq. Çünki Hesab.az veb səhifəsində “Masterpass”la bir toxunuşla və təhlükəsiz ödəniş etmək mümkün olacaq.

Belə ki, əgər “Masterpass”da öncədən qeydiyyatdan keçirdiyiniz kartınız varsa, ödəniş mərhələsinə keçdiyiniz zaman sizə ödəniş etməyiniz üçün həmin kart təklif olunacaq. Təsdiqlədiyiniz zaman telefon nömrənizə təhlükəsizlik kodu göndəriləcək.Kodu daxil etdikdən sonra ödəməniz təhlükəsiz şəkildə uğurla başa çatacaq. Əgər “Masterpass”da öncədən saxladığınız kartınız yoxdursa, sizə “Kartınızı ”Masterpass”la saxlayın” seçimi təklif olunacaq. Kart məlumatlarınızı daxil edərək kartınızı bir neçə saniyədə yaddaşda saxlaya biləcəksiniz. İstifadəçinin qeydiyyatdan keçirdiyi kartlar növbəti ödəniş zamanı avtomatik olaraq görünəcək.

“Mastercard”ın Azərbaycan üzrə meneceriErdem Çakar şirkətin Azərbaycanda nağdsız iqtisadiyyata keçməsində qətiyyətli mövqe tutduğunu vurğulayıb:”“Masterpass”“Mastercard”ın tək toxunuşla təhlükəsiz ödəmə etmək üçün hazırladığı qlobal həlldir. “Masterpass” uğurlu platforma olduğunu dünyanın bir çox ölkəsində, xüsusilə dəTürkiyədə sübut edib. “Goldenpay” şirkətinə məxsus “Hesab.az” vebsaytı ilə birgə Azərbaycanın rəqəmsal ödəmələrinin transformasiyası üçün daha bir uğurlu addım atdıq.”

Qeyd edək ki, Masterpass” “Mastercard”ın qlobal, bir toxunuşla sürətli və təhlükəsiz rəqəmsal ödəniş həllidir. “Masterpass”a daxil edilmiş kart məlumatları“Mastercard”ın qlobal təhlükəsizlik sistemi tərəfindən qorunur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!