“Mastercard”la nağdsız Azərbaycana doğru
“Mastercard” Azərbaycan KİV-ləri üçün növbəti “Media Day” tədbirini yenicə əməkdaşlıq müqaviləsi imzaladığı “CinemaPlus” kino zalında təşkil etdi.
Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Erdem Çakar şirkətin ötən ilin davamı kimi 2019-cu ildə də bir sıra layihələr həyata keçirdiyini və bu layihələrin Azərbaycanda ümumi istehlakçı xərclərində nağdsız ödənişlərin dərəcəsini artırmaq üçün reallaşdırıldığını bildirdi.
“Biz Azərbaycan Mərkəzi Bankı ilə həyata keçirdiyimiz “Nağdsız Azərbaycan” proqramına sadiqliyimizdən dolayı xoşbəxtik. Səyahətçiləri xüsusi təkliflər vasitəsilə imtiyazlarla təmin etdiyimiz kimi, Azərbaycanın da ticarət təkliflərindən mümkün qədər daha çox faydalandığından əmin olmaq üçün “Priceless” (“Qiymətsiz”) kampaniyasını genişləndirməyə davam edirik. “Mastercard” olaraq biz, Azərbaycanın rəqəmsal gələcəyinə yatırım etməyə davam edəcəyik. Azərbaycan “Mastercard” üçün hər zaman vacib bazar olub və belə olaraq da qalır və biz onun nağdsız cəmiyyət yolunda necə irəlilədiyini görə bilirik.”
“Mastercard” bu yaxınlarda Azərbaycanda özünün “Masterpass” xidmətini başladıb. “Masterpass” “Mastercard”ın bir kliklə ödəniş platformasıdır. Bu xidmət sayəsində onlayn alış-veriş asan, təhlükəsiz və rahat olur. “Masterpass” debet və kredit kartın məlumatlarını özündə saxlayır və daha tez ödəmə təcrübəsi təmin edir.
“Mastercard”ın nümayəndəsi çıxışında həm də “Hesab.az” onlayn ödəniş portalı ilə bu yaxınlarda başlatdıqları əməkdaşlıqdan da danışıb. “Hesab.az” portalında “Masterpass” vasitəsilə bir kliklə ödəniş imkanı təklif olunur.
“Mastercard” rəsmisi “Hesab.az”la yanaşı müxtəlif platformalarla həyata keçirilən digər əməkdaşlıqlardan və bu əməkdaşlıqların rəqəmsal ödənişlərin sayını artırmasından da söz açıb.
“Media Day” yeni reklamların təqdimatı və sual-cavab sessiyası ilə davam edib.