FinansTəqdimat

“Mastercard”və“Uber” Bakıda birgə aksiya keçirir

Beynəlxalq ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard”və beynəlxalq texnologiya şirkəti “Uber”Bakıda birgə aksiyaya start verib: sözügedən aksiya çərçivəsində hər bir yeni “Uber” istifadəçisi ilk iki gediş üçün 10 AZN-dək endirim əldə edəcək. Kampaniya cari ilin iyulun 17-dək davam edəcək.

Aksiyada iştirak etmək üçün mobil telefona “Uber” tətbiqini yükləmək (“AppStore”, “Google Play” və “Windows Market”də yükləmək mümkündür), qeydiyyatdan keçmək, “Mastercard” kart vasitəsilə ödəniş etmək, “Promokodlar” bölməsində “MastercardBaku”promokodunu daxil edib,lazımi ünvana sifariş vermək lazımdır.

Aksiyada“Uber” tətbiqində yalnız “Mastercard” kartı vasitəsilə qeydiyyatdan keçmiş yeni istifadəçilər iştirak edə bilərlər.

Onu da qeyd edək ki, “Uber” və “Mastercard” şirkətləri 2016-cı ildə də bir neçə birgə kampaniyanı uğurla həyata keçiriblər. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!