Mayın 31-dən Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur
Mayın 31-dən Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, metronun fəaliyyətində müvafiq qaydalara uyğun olaraq, maska, məsafə və dezinfeksiya tədbirlərinə əməl edilməsi tələb olunacaq.