MC&S-in media monitorinq qrupunun açıqlaması
MC&S-in media monitorinq qrupu 01-31 yanvar 2017-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.
Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 500 on-line media daxil olmaqla 565-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (609 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (2486 məlumat), sığorta şirkətləri arasında PAŞA (102 məlumat), ali məktəblər arasında Qafqaz Universiteti (1549 məlumat), otel və biznes mərkəzləri arasında Excelsior Hotel Baku (130 məlumat) irəlidədir.
Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:
https://www.facebook.com/MediaConsultingServices/
Hesabatla bağlı daha ətraflı məlumat əldə etmək və almaq istəyən şəxslər news@mcs.az ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər. Onu da qeyd edək ki, PRA şirkətimizin əsas tərəfdaşıdır və bir çox layihələrdə, o cümlədən media- monitorinq üzrə təhlildə əməkdaşlıq edir.
Media Consulting and Services
Frame.az