EventsMusiqiƏyləncə

”Mehriban”-nın uşaqlarından möhtəşəm yeni il konserti-FOTO-lar

Yanvarın 15-də Rəşid Behbudov adına Mahnı Teatrında ”Mehriban” mahnı və rəqs kollektivinin üzvlərinin möhtəşəm yeni il konserti baş tutdu. Kollektiv üzvlərinin səhnəcikləri, müxtəlif ölkə və milli rəqsləri, eləcə də ifa etdikləri mahnılar zala toplaşan bütün qonaqlara xoş dəqiqələr bəxş etdi.

”Mehriban” mahnı və rəqs kollektivi altı ildir ki, 24 saylı Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərir. Bu illər ərzində qrup üzvləri müxtəlif televiziya verilişlərində, əyləncəli müsabiqələrdə, müxtəlif bölgələrdə keçirilən tədbirlərdə aktiv iştirak etmiş, ölkəmizi Türkiyədə keçirilən uşaq bayramlarında daha yaxından tanıtmışdır. Qrup üzvləri bu il də Türkiyə və Qazaxıstanda keçiriləcək uşaq bayramlarında fəal iştirak edəcəklər.

Frame.az olaraq ”Mehriban” mahnı və rəqs kollektivinin üzvlərinə bol uğur və müvəffəqiyyətlər arzu edirik. Tədbirdən fotoları sizlərə təqdim edirik.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!