Milli Gözəllik müsabiqəsinin qalibləri bəlli olub-foto, video
İyun ayının 17-si möhtəşəm interyeri və gözoxşayan akustikası ilə seçilən “Elite Events Hall” –da hərkəsin səbirsizliklə gözlədiyi və 6 ay davam edən Miss & Mister Azerbaijan 2017 Milli gözəllik müsabiqəsinin Final mərhələsi keçirildi.
Hər il olduğu kimi bu il də müsabiqə iştirakçıları xoreoqrafiya dərsləri almış və psixoloji təlimlərdə iştirak etmişdilər. Həmçinin layihənin davam etdiyi müddət ərzində iştirakçılar bir çox foto, video və peşəkar model olaraq yüksək səviyyəli tədbirlərdə iştirak etmişdirlər. Davam edən yorucu məşqlərdən və hazırlıqlardan sonra, Miss & Mister Azerbaijan 2017 iştirakçıları lahiyə çərçivəsində ölkəmizin bir çox gözəl və səfalı guşələrinə səyahət etmişdilər.
Üç əsas turdan ibarət Final mərhələsi dəyərli münsiflər heyyəti tərəfindən bal sistemi ilə qiymətləndirilmişdir.
Bütün iştirakçıların Azərbaycan bayrağı ilə podiumda çıxış etmələri, Final gecəsinə xüsusi rəng qatmışdır. Final mərhələsi mükafat və nominasiyaların təqdimatı və Miss & Mister Azerbaijan 2017-nin qaliblərinin adlarının açıqlanması ilə başa çatdı.
“Miss & Mister Azerbaijan – 2017” baş sponsoru olan EUROGROUP şirkəti qalibləri təbrik edib onlara öz hədiyyələrini təqdim etdi.
“Miss & Mister Azerbaijan – 2017” Milli gözəllik müsabiqəsinin qaliblər siyahısı:
Xanımlar:
Miss Azerbaijan 2017
Raziyyət Əliyeva
I Vice Miss Azerbaijan 2017
Gülnar İsayeva
II Vice Miss Azerbaijan 2017
Banu Şücai
III Vice Miss Azerbaijan 2017
Xanım Əliyeva
Miss Baku 2017
Arzu Hüseynzadə
Miss Photo Model 2017
Ülviyə Əliyeva
Miss Charm 2017
Dəniz Nuri
Miss Catwalk 2017
Aidə Dövlətova
Miss Grace 2017
Ülviyə Əliyərova
Miss Smile 2017
Günay Ələsgərli
Miss Press 2017
Cəmilə Əmirova
“Miss Popular 2017” nominasiyası ilə Xanım Əliyeva təltif olundu və bu adı ona “Miss & Mister Azerbaijan” layihəsinin ötən illərin qaliblərindən ibarət münsiflər heyəti təqdim etdi.
Bundan əlavə sponsor nominasiyalarının qalibləri də müəyyən olundu:
Miss Eurogroup
Banu Şücai
Miss Elite
Nailə Kərimova
Miss Aloff
Ülviyə Əliyeva
Miss San Remo & Miss Adora
Gülnar İsayeva
Miss XOXO & Miss Lambre
Cəmilə Əmirova
Miss Hezz In
Günay Ələsgərli
Oğlanlar:
Mister Azerbaijan 2017
Əli Hüseynov
I Vice Mister Azerbaijan 2017
Ramal Həşimli
II Vice Mister Azerbaijan 2017
Ayaz Yolçuyev
III Vice Mister Azerbaijan 2017
Zeynalabdin Xudiyev
Mister Baku 2017
Kənan İsmayılov
Mister Photo Model 2017
Vüqar Şəfiyev
Mister Style 2017
Rəşid Kərimov
Mister Catwalk 2017
Əhməd Əhmədov
Mister Sport 2017
Ruslan Abdullazadə
Mister Smile 2017
Qiyas Kəlbiyev
Mister Press 2017
Vüsal Qasımzadə
“Mister Popular 2017” nominasiyasına Ramal Həşimli təltif oldu və bu adı ona “Miss & Mister Azerbaijan” layihəsinin ötən illərin qaliblərindən ibarət münsiflər heyəti təqdim etdi.
Sponsor nominasiyalarının qalibləri
Mister Elite
Cavid Cavadlı
Mister Aloff
Qiyas Kəlbiyev
Mister Status
Ramal Həşimli
Mister Mario Russo
Rəşid Kərimov
Mister Adora
Ayaz Yolçuyev
Mister San Remo
Pərviz Şükürov
Mister Hezz In
Vüsal Qasımzadə
Qeyd edək ki, bu il müsabiqə öz 20 illiyini qeyd edir.
Təşkilatçılar “Miss & Mister Azerbaijan 2018” seçimlərini bu ilin noyabr ayında keçirməyi planlaşdırırlar.
Frame.az