Ləzzətli Bölüm

Milli mətbəximizin dadlı – ləzzətli bozartması

Bozartma milli mətbəximizin şah yeməklərindən sayılır. Xanımlarımız tərəfindən tez – tez hazırlanan yeməkdir. Hazırlanması üçün aşağıdakı ərzaqlar lazımdır.

Ərzaqlar:
500-700 q yağlı qoyun əti,
4 əd soğan,
5 əd pomidor,
3 x.q şüyüd və keşniş
qara istiot (dənə halında olan və ya yaxud döyülmüş)
duz

Hazırlanması:

Qoyun ətini xırda tikələrlə doğrayıb üzərinə  su töküb qaynamağa qoyursunuz. Üzünə çıxan kəfi yığırsınız. Təxminən 1 saat yarım qaynadıqdan sonra qoyun əti odun üzərindən götürün, öz yağında (bulyondan yığılmış) yarımhalqa şəkilində doğranmış soğanla bir yerdə qovurun. Doğranmış pomidorlar və yaşıl bolqar bibəri əlavə edib, onların şirəsi çıxana qədər qovurursunuz. Sonra üzərinə süzülmüş bulyonuda töküb, duz istiot vurub  biraz da qaynamağa qoyursunuz.
Süfrəyə verilərkən üzərinə xırda doğranmış göyərti səpilir. Nuş olsun!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!