IdmanSağlamlıqSosialTəqdimat

Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqlarla görüş keçirilib

Gənclər və İdman Nazirliyinin “Səyyar Gənclər evi” layihəsi çərçivəsində Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqlarla görüş keçirilib. “Gənclər evi” əməkdaşlarının iştirakı ilə təşkil olunan tədbirdə uşaqlar üçün innovasiya və yaradıcılıqyönümlü vörkşoplar, əyləncəli oyunlar keçirilib və müxtəlif hədiyyələr təqdim edilib.

 

Görüşün xüsusi qonağı “İdman səfiri” Vəfa Musayeva uşaqlarla səmimi ünsiyyət qurub və onlarla birgə fəaliyyətlərdə iştirak edib.

Təşəbbüsə qoşulan “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin əməkdaşları tərəfindən 3D qələmlər vasitəsilə innovativ vörkşop təşkil olunub, həmçinin təyyarə modelçiliyi ilə bağlı təlim keçirilib. “ASMART Creative Hub”ın dəstəyi ilə isə uşaqlar müxtəlif keramik fiqurlar boyayıblar.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!