“Sənədlərin təhlükəsizliyinə dair təhdidlər” mövzusunda MOBILAZE layihəsi çərçivəsində seminar
Avropa İttıfaqı (Aİ) və Azərbaycan arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq Bəyannaməsi çərçivəsində həyata keçirilən Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsinin məqsədi nizamlı miqrasiya idarəçiliyini gücləndirmək məqsədilə Yerdəyişmə üzrə Tərəfdaşlığı imzalayan iştirakçı ölkələr arasında birbaşa mübadilə üçün möhkəm zəmin və real imkanlar yaratmaqdır.
Aİ tərəfindən maliyyələşdirilən və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzi (MSİBM) tərəfindən icra edilən MOBILAZE layihəsinin ümumi məqsədi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Hökumətinin potensialının artırılmasına xüsusi diqqət yetirməklə Yerdəyişmə üzrə Tərəfdaşlığın icrasını dəstəkləməkdir. Layihənin xüsusi məqsədləri Azərbaycan Hökumətinin miqrasiya sahəsindəki monitorinq, təhlil və proqnozlaşdırma potensialının artırılması, əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti sahəsində və geri qayıdan Azərbaycan vətəndaşlarının davamlı reinteqrasiyasını həyata keçirilməsində idarəçiliyi və potensialı gücləndirmək, o cümlədən Aİ və Azərbaycan arasında yerdəyişməyə dair ictimai məlumatlılığı artırmaqdır.
Layihənin sənədlərin təhlükəsiziliyinə dair 3-cü Komponenti bu sahədə əsasən iki milli tərəfmüqabilin – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarının potensialların və təlimçilərinin təlim bacarıqlarının gücləndirilməsinə yönəlmişdir. Bir sıra layihə tədbirləri/fəaliyyətləri – seminarlar, təlimçilərin təlimi, dəstəkləyici pilot təlimlər, milli təlimlər, təlim vəsaitlərinin və kurikulumların, distant təlim elektron vəsaitin, smartfonlar üçün tətbiqin işlənib hazırlanması həyata keçirilmiş və Aİ-nin üzv olduğu 8 dövlətə təlim səfərləri təşkil edilmişdir.
Azərbaycan Respublikasının adıçəkilən dövlət orqanlarının nümayəndələri, Aİ-nin Azərbaycandakı Nümayəndəliyi, Litva Respublikasının Azərbaycandakı səfirliyi, Litva Dövlət Sərhəd Mühafizəsindən beynəlxalq ekspert və MSİBM heyəti 2019-cu il aprelin 1-2-də Bakı şəhərində MOBILAZE layihəsinin sənədlərin təhlükəsizliyinə dair komponenti çərçivəsində təşkil olunan mühüm tədbir üçün bir araya gələcəklər. Seminarın məqsədi sənədlərin təhlükəsizliyi sahəsində çağırış və təhdidləri həm praktiki, həm də tədris perspektivindən müzakirə etməkdir. Milli ekspertlər Aİ ekspertləri ilə birgə indiyədək gördükləri işi və toplanmış təcrübəni mübadilə edəcək və qiymətləndirəcək, gələcək təkmilləşdirmə üçün müzakirələr aparılacaqdır.
Frame.az