EkologiyaFrame LifeIqtisadiyyatSağlamlıqSosialTəqdimat

Mövsümün sonuncu kütləvi təmizlik aksiyası təşkil olunub  

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində “Xəzəri qoruyaq” devizi altında mövsümün sonuncu kütləvi təmizlik aksiyası Xəzərin Novxanı sahilində keçirilib.

Bu dəfə “Xəzər həftəsi” ərəfəsində təşkil olunan maarifləndirici aksiyada

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, dövlət və özəl qurumların təmsilçiləri, könüllü gənclər təşkilatlarının üzvləri, həmçinin tanınmış ictimaiyyət nümayəndələri iştirak edib, aksiya zamanı dəniz sahilindən 3 ton tullantı təmizlənərək daşınıb.

 

Qeyd edək ki,

“Təmiz ölkəm” devizi altında davam edən Ümumrespublika Təmizlik Marafonuna may ayından start verilib, təmizlik aksiyaları hər həftənin 4 və 6-cı günləri ölkənin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edib.

Məqsəd vətəndaşlarımızı ətrafa tullantı atmamağa sövq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq,

o cümlədən Xəzər sahilini təmiz saxlamağa təşviq edərək belə maarifləndirici aksiyalara daha geniş kütlənin cəlb olunması təbliğatını genişləndirm əkdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!