CinemaTəqdimat

“Mübariz” filminin mətbuat konfransı keçiriləcək

Azərbaycanın Milli qəhrəmanı, şəhid Mübariz İbrahimovun həyatından bəhs edən “Mübariz” filminin tizeri yayımlanıb. Keyfiyyətli ekşın səhnələr ilə sosial şəbəkələrdə insanların böyük rəğbətini qazanan tizerin, türk və qeyri-türk dünyasında böyük əks-səda doğuracağı gözlənilir.

Qeyd edək ki, ekran əsəri Türkiyənin “İstFilm” şirkəti tərəfindən ərsəyə gətiriləcək.

Kifayət qədər yüksək büdcəyə malik olan tizer, İstanbulda “İstFilm” çəkiliş qrupu tərəfindən, professional kaskadyorlarla çəkilib.

Filmdə tanınmış məhşur aktyorların yer alması nəzərdə tutulub. Türkiyə, Hollivud, Bollivud, o cümlədən Azərbaycanın sevilən aktyorlarının filmdə yer alması gözlənilir. Ekşın səhnələri üçün xüsusi olaraq dünyada tanınan rejissorlarla görüşülüb.

Xatırladaqki, film Azərbaycanda çəkiləcək. Ssenarinin artıq təməl hissəsi hazırdır. Ətraflı olaraq ssenari çalışmaları üçün isə yaxın günlərdə “İstFilm” yaradıcı qrupu və ssenarist Bakıya gələcək. Qeyd edək ki, filmin ssenarisi Ali Doğançay (Türkiyə) və Rəşad Süleymanoğlu (Azərbaycan) tərəfindən yazılacaq.

Tezliklə hazırlıq işləri başa çatdıqdan sonra filmin çəkilişlərinə başlanılacaq.

Filmin 2018-ci ildə kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcəyi planlaşdırılır.

“Mübariz” filminin tizeri ilə bağlı mətbuat konfransı həftənin ikinci günü, 18 aprel saat 12:00-da “Flame Towers – Park Cinema”da keçirələcək. Bütün media nümayəndələri dəvətlidir. Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!