EventsQalereyaTəqdimat

Multikulturalizm və Tolerantlıq Diyarı Azərbaycan

“Multikulturalizm ili” çərçivəsində həyata keçirilən “Multikulturalizm və Tolerantlıq Diyarı Azərbaycan” layihəsi görkəmli Azərbaycan təsviri sənət ustalarının əsərlərindən ibarət sərgini ictimaiyyətə təqdim edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə “Multikulturalizm və Tolerantlıq Diyarı Azərbaycan” layihəsi çərçivəsində 29 noyabr 2016-cı il, saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi keçiriləcəkdir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması ilə təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilən sərgidə Azərbaycanın Xalq rəssamları Salam Salamzadə, Kazım Kazımzadə, Maral Rəhmanzadə, Güllü Mustafayeva, Kamil Xanlarov, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Nadir Əbdürrəhmanov, Elbəy Rzaquliyev, Cahangir Rüstəmov, Tahir Salahov, Nadir Qasımov, Toğrul Nərimanbəyov, Səlhab Məmmədov, Arif Hüseynov və eyni zamanda Əməkdar incəsənət xadimləri Lətif Feyzullayev, Vəcihə Səmədova, Nəcəfqulu İsmayılov, Hafiz Məmmədov, Toğrul Sadıqzadə və Əbdülxalıq tərəfindən ötən əsrin 50-80-ci illərində yaradılmış, xalqlar dostluğunu tərənnüm edən və özündə multikultural və tolerant dəyərləri ehtiva edən rəngkarlıq və qrafika əsərləri nümayiş olunacaqdır. Eyni zamanada “Azərbaycan təsviri sənətində multikultural və tolerant dəyərlər” mövzusunda konfrans və sərgi kataloqunun təqdimatı keçiriləcəkdir. Layihənin məqsədi bugün ölkəmizdə dövlət səviyyəsində uğurla davam və inkişaf etdirilən multikultural və tolerant mühitin Azərbaycan rəssamları tərəfindən yaradılan təsviri sənət əsərləri vasitəsilə geniş ictimaiyyətə çatdırılması, Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin dünya ölkələrinə nümunə kimi təqdimatı, gənclərə multikulturalizm dəyərlərinin aşılanması və tolerantlığın əhəmiyyətinin təbliğ olunmasıdır.

Sərgi 3 gün davam edəcəkdir. Giriş sərbəstdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!