MədəniyyətTeatr

Musiqili Teatrda bu həftəsonu 5 tamaşa nümayiş olunacaq

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 26, 27, 28 may tarixlərində saat 12.00 və 19.00-da “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Qırmızı papaq” (E. Sabitoğlu, Y. Şvarts), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev) tamaşaları təqdim ediləcək.

Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Səmayə Musayeva, Svetlana Bulax, Boris Qrafkin, Emma Məlikova, Ələkbər Əliyev, Almaz Ələsgərli, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, aktyorlar Firuz Məmmədov, Marina Litvinenko, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Əliməmməd Novruzov, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Nicat Əli, Ruslan Mürsəlov, Gültac Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Fərid Rzayev, Səməd Xasıyev, Eleanora Mehdiyeva və başqalarının ifalarını izləyə biləcəklər. Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb.

Belə ki, 26 may tarixində saat 19.00-da R. Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri böyüklər, 27 may tarixində saat 12.00-da V. Ulanovski, V. Orlovun “Qızıl cücə” nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin E. Sabitoğlu, Y. Şvartsın “Qırmızı papaq” (C. Məmmədovun tərcüməsində) əsəri 28 may tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.

Azərbaycan Dövlət Musiqili Teatrı 28 May Respublika Günü münasibəti ilə dünya azərbaycanlılarını təbrik edir, həftəsonunu xoş ovqat və əsl bayram əhval-ruhiyyəsi ilə keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!