EventsTeatrTəqdimat

Musiqli Teatrda Xalq artisti Elxan Əhədzadənin xatirəsi yad edilib

Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən bildirilib ki, SSRI xalq artisti RaufHacıyevin ikihissəli “Talelər qovuşanda” operettasının növbəti nümayişi millivokal sənətinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Respublikasının xalq artisti, mərhum aktyor Elxan  Əhədzadənin 70 illik yubileyinə həsr olunub. Tamaşadan əvvəlteatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edərəkgörkəmli aktyorunhəyat və yaradıcılığıhaqqında məlumat verib. O,özünəməxsus ifa tərzi olan sənətkarın canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, böyük maraq və rəğbətlə qarşılandığını vurğulayıb. “Elxan Əhədzadə uzun müddət Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar yaradıb, əksər dövlət tədbirlərində öz ifası ilə yaddaşlarda iz qoyub. Bu gün baxacağımız tamaşada bir vaxtlar o, Əliobrazında çıxış edib. Elxan Əhədzadənin işıqlı xatirəsi daim bizim qəlbimizdə yaşayacaq”, – deyə T. Pənahqızı bildirib.

30 ildən çox Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərmiş Elxan Əhadzadə bu teatrın səhnəsindəİmre Kalmanın “Nümunəvi qaraçı” operettasında Pali Rac, Frans Leqarın “Şən dul qadın” operettasında Qraf Danil, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” İntiligent Həsən, Sərdar Fərəcov, Əli Əmirlinin “Səhnədə məhəbbət” operettasında Rüstəm, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkinin “Bir günlük siğə” əsərində Şərif, Rauf Hacıyevin ”Talelər qovuşanda” tamaşasında Əli, Qara Qarayevin “Çılğın Qaskoniyalı” əsərindəSirano De-Berjerak və s.bir çox yaddaqalan obrazlar yaratmış, rolları yüksək sənətkarlıqla ifa etmişdir. Görkəmli aktyor həmçinin  “Çətirimiz buludlardır”, ”Üzü küləyə”, “Bəylik dərsi”, ”Babək”, “Ordan-burdan”, ”Həyat bizi sınayır” filmlərinə çəkilmişdir.

2010-cu cu ildədünyasını dəyişən sənətkarın əbədi  xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!