Nəfis Donut

  • 1 stəkan süd
  • 50 gram yağ
  • 2 x.q xama
  • 2 ədəd yumurta (ev temperaturunda)
  • 1 st. şəkər tozu
  • 1 paket maya (quru maya)
  • 1 paket vanil
  • 5 st un

Hazırlanması:

Süd, maya və şəkər qarışdırılır və 10 dəqiqə gözlənilir. ( Məqsəd mayanın hərəkətə keçməsidir) . Daha sonra sıra ilə yumurtalar,  xama və yağ əlavə edilib qarışdırılır.  Un və vanili az-az əlavə edib xəmiri yoğurub, 1 saat streçlə hava almayacaq şəkildə bağlayıb gözlətmək lazımdır.

Oxlov ilə biraz açdıqdan sonra istədiyiniz formada kəsib yarım saat da həmin formada gözlətmək lazımdır.  Sonra əvvəlcədən isidilmiş bol yağda az xodda qızardın. Bəzəmək isə zövqə görədir .

Afiyət olsun. 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: