Nəfis qəlyanaltı- Brusketta
Brusketta klassik italyan qəlyanaltısıdır. Hazırlamaq üçün fərqli reseptlər var. Ona görə də, qərara gəldik ki, sizlərə ən asan olanını təqdim edək.
İnqrediyentlər:
4 dilim çörək
2 paçka 125 qramlıq Mozzarella pendiri
Kiçik pomidorlar (çili)
Duz və istiot (zövqə görə)
Zeytun yağı
Kəklikotu
Hazırlanması:
Çörəyin hər iki tərəfini sobada bir neçə dəqiqə ərzində qızardın. Pomidorun suyunu çıxardaraq çörək dilimlərinə sürtün, üzərinə kəklikotu əlavə edin. Sonra əvvəlcədən kiçik hissələrə bölünmüş mozzarella pendirini çörəyin üzərinə düzün.
Nəhayət, son olaraq, bir neçə damcı zeytun yağı bruskettaları daha da dadlı edəcək.
Nuş olsun