Nələri isə dəyişməyin vaxtıdır
Həyatının sevgisini qüruruna qurban verdiyini, yağış altında heç vaxt tanqo oynamadığını anlayacaqsan. Başqalarının xoşuna gəlmək üçün, onlar üçün yaşadığını anlayacaqsan.
Binanın üstünə çıxıb səsin batana qədər qışqırmadığını, əynindəki geyimin səni tamamlamadığını, illərini verdiyin təhsil sahənin əslində sənə uyğun olmadığını , səni vaxtilə üzən böyük problemlərin əslində nə qədər kiçik olduğunu, sevdiyin insanlara onları nə qədər çox sevdiyini yetərincə demədiyini başa düşəcəksən…
Başa düşəcəksən əlbəttə.. Bəlkə çox gec bəlkə də tam vaxtında.. Dayan və ətrafına bax. Bəlkə də nələrisə dəyişməyin vaxtıdır..
ZumrudRz