“Najiba Design” brendinin bohem tərzli geyimləri nümayiş olundu
Frame.az xəbər verir ki, 22 sentyabr tarixində “Excelsior Hotel and Spa Baku” otelinin “Afurja” zalında “Najiba Design” brendinin bohem tərzli geyim və aksesuarlarının moda nümayişi keçirildi. Nümayişdə gənc modelyer-dizayner Nəcibə İsmayılova tərəfindən yaradılan brendin 2018-19 payız-qış kolleksiyası təqdim edildi.
Xatırladaq ki, gənc dizayner kolleksiyasını azad ruhlu, sabahını düşünməyən və həyatını rəngl yaşayan bohem tərzli qadınlara həsr edib. Tədbir zamanı həmçinin “ModArt Fashion school” tələbələrinin capsule kolleksiyası da nümayiş olundu.
Qeyd edək ki, Najiba Design geyim brendinin yaradıcısı Nəcibə İsmayılova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin modelyer rəssam ixtisasını bitirib. Modelyer dizayner kimi bu sahə üzrə təcrübə qazanan gənc rəssam bir çox sərgidə iştirak edib. Son 2 ildir ki, “ModArt Fashion school” moda məktəbinin təsisçisidir, geyim dizaynı, illüstrasiya və tikiş üzrə dərsləri tədris edir.
Nümayişin informasiya dəstəyi: Frame.az
“Elevation Partners Club Azerbaijan” qrupudur.