Napoleon tortunun hazırlanması
Tərkibi
Xəmir üçün gedən ərzaqlar:
6 su stəkanı un
600 qram marqarin yağı
1 stəkan su
1 yumurta
vanil
qabartma tozu
Krem üçün:
3oo qram kərə yağı
2 stəkan süd
1 banka qatılaşdırılmış şirin süd
2 xörək qaşığı un
1 stəkan şəkər tozu
Vanil
Hazırlanması:
Xəmir üçün nəzərdə tutulmuş ərzaqlar böyük ,dayaz bir qaba yaxşı olarki xəmir yaymaq üçün olan taxtanın üstünə ə yerləşdirilir. Unun ortasında dərin yer düzəldib yumurta,yağ ,su və digərləri buraya əlavə edirsiniz.
Ərzaqları mətbəx baltasıyla döyəcləməyə başlayırıq. Prosesi ərzaqlar tamam qarışıb xəmir halına gələnədək davam etdiririk. Əllə qarışdırmaq olmaz. Xəmirin içində yağ parçalarının qalmamasına diqqət etmək lazımdır.
Alınmış xəmirdən balaca kündələr düzəldirik. Xəmirlərin nazikliyini nəzərə alın.
Kündələri soyuducuya qoyub ən azı 1 saat gözlətmək lazımdır.
Kremin hazırlanması:
Əvvəlcə un,süd və şəkər tozunu qarışdırıb vam odun üzərində bişirməyə başlayırıq. Qaynamağa başlayan kütlənin içərisinə 50 qram yağ əlavə edib,daha 5-10 dəqiqə qarışdıra-qarışdıra bişiririk. Alınmış qarışığı arada qarışdıraraq soyumağa qoyun. Qalan 250 qram yağı yumşaldıb xırda-xırda doğrayırsınız. Mikserlə qarışdırıb üzərinə asta-asta qatılaşdırılmış südü əlavə edirsiniz. Kremin 2ci hissəsi də artıq hazırdır. İndisə tamam soyumuş 1ci kremlə 2ci kremi biri-birinin üzərinə əlavə edib vanil vururuq və kremi sərin yerə qoyuruq. Kündələri soyuducudan çıxarıb adi qayda ilə nazik yuxa halına gətiririk. Peçdə 200 dərəcədə azca qızarana kimi bişiririk. Quru, azca qızarmış yuxaları soyuduruq. Sonra aralarına hazırladığımız kremi yaxmaqla biri-birinin üzərinə qoyuruq. Yuxanın birini və digərlərinin də nahamar kənarlarından kəsdiyimiz parçaları ovuntu halına salırıq.
Bu ovuntu ilə tortun ətrafını və üzərini hamarlayıb bəzəyirik. Tortu bir neçə saat daha yaxşı olarki bir gün sərin yerdə və ya soyuducuda saxlamaq lazmıdır ki, kremi yaxşı hopsun. Nuş olsun!