IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1200 ailəyə bayram sovqatı verilib

Martın 14-də – Novruz bayramı ərəfəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən digər bölgələrlə yanaşı, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid, qazi və digər həssas qruplardan olan 1200 ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil edilib.

Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, konfederasiyanın sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bayram sovqatının yola salınması mərasimində iştirak ediblər.

Sovqatlardan ibarət 6 avtomobil təyinatı üzrə ünvanlara yola salınıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!