EventsMobil dünyaTanış OlaqTəqdimat

Nazənin Cavadova öz startupı ilə ölkəmizi beynəlxalq yarışda təmsil edəcək

9-11 fevral qadınlar arasında keçirilən Global Startup Weekend Bakı tədbirinin qalibi TalentPortlayihəsi oldu. Nazənin Cavadova və Səkinə Nağızadədən ibarət olan komanda 7 mart Parisdə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcək.

“Boş durma, hərəkətə keç” şüarı ilə həyata keçirilən yarışda toplam 50-dən çox müraciət qəbul olundu və 11 komanda Bakı finalında iştirak etdilər. Tədbirin açılışında iştirak edən Fransanın ölkəmizdəki səfiri xanım OreliaBuşez öz çıxışında iştirakçılara ürək sözlərini ünvanladı və qalibin Paris səfərinin faydalı keçməsini arzu etdi.

StartupWeekendtədbirlərinin əsas məqsədi qısa müddət ərzində innovativ ideyalar ətrafında iştirakçıları birləşdirmək və onlara sahibkarlıq, startup, innovasiyalar, marketinq kimi mövzularda bilik və təcrübə qazandırmaqdır.

Mentorların da dəstəyi ilə 54 saat ərzində yeni məhsul hazırlanmasını özündə ehtiva edən yarışın qalibləri aşağıdakı komandalar oldu:

TalentPort – 1-ci yer. Qalib komanda RCI Bank&Services, AccorHotels, AirFrance, Wavestone, AirLiquide, LaTribune kimi qlobal sponsorlardan Parisə uçuş bileti, Accor oteldə 2 gecə qalmaq, Böyük Finalda qlobal münsiflər qarşısında ideyasını təqdim etmək və Bakıda NextStepİnnovasiyalar Mərkəzinin Sup.az akselerasiya proqramına qəbul olunmaq şansı qazandılar.

SuperNanny – 2-ci yer.

Creyofu – 3-cü yer.

Qeydedəkki, Global Startup Weekend Women Bakı finalının baş sponsoru kimi Dövlət Bankı Azər Türk Bank çıxış edirdi. Bundan əlavə, EY Azərbaycan, ADA Universiteti, Red Communications, Khazar Ventures, ATL Tech, Özsüt Restoranları, Topkimi,  PizzaMizza da sponsorlar arasında yer aldılar.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!