Nazir Anar Kərimov dünya şöhrətli rejissorla görüşüb
İyul ayının 27-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dünya şöhrətli rejissor və prodüser Timur Bekmambetovu qəbul edib.
Görüşdə Azərbaycan kino sənayesinin inkişafı və perspektivləri, mümkün birgə layihələrin həyata keçirilməsi, o cümlədən Azərbaycanda animasiya filmləri məktəbinin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Timur Bekmambetov nazir Anar Kərimova səmimi qəbula görə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Timur Bekmambetov bir çox tanınmış Hollivud filmlərinin rejissoru və prodüseridir.