IqtisadiyyatTurizmTəqdimat

Nazir Rəşad Nəbiyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Bakıda keçirilən 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Natiya Turnava arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Azərbaycan və Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizlərinin potensialının artırılmasının ölkələrimiz arasında yükdaşımaların inkişafına təsiri və beynəlxalq yükdaşımalarında tətbiq olunan tariflər barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı, həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi müzakirə edilib. Layihə üzrə aparılan işlərin sürətləndirilməsi, icra edilmiş işlərin mərhələli şəkildə istismara qəbul edilməsi və layihənin idarəetmə strukturunda dəyişikliklərin edilməsi kimi məsələlər müzakirə predmeti olub.

Eyni zamanda, iki ölkə arasında Bakı-Tbilisi-Qars dəmiryolu üzrə yükdaşımalarına əlavə yük həcminin cəlb edilməsi və rəqabət qabiliyyətli tariflərin müəyyən edilməsinə dair müzakirələr aparılıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!