EventsTəqdimat

NETTY 2017 internet-mükafatının keçirilməsi başlanmışdır

NETTY2017-in Azərbaycan Milli İnternet-Mükafatının keçirilmə şərtlərə müvafiq olaraq saytların və müsabiqə iştirakçıların qeydiyyatı ilə bağlı ərizələrin qəbulu 2017-ci il 3 aprel tarixdən 15 may tarixədək keçirilir.

22 mayda, Ekspert Şurasının (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından “Virtual münsiflər heyətinin seçimi” nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, NETTY Akademiyası öz səsverməsinə başlayır.

Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir. Göstərilən müddət ərzində, müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir. NETTY2017 nominasiyalarının qalibləri rəsmi olaraq təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi – qaliblərə təntənəli surətdə təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər.

Mərasiminin tarixi və yeri barədə məlumat daha sonra təqdim ediləcək.

www.netty.az saytının hər bir şəxs ziyarətçisi, Facebook-da və ya Twitter-də öz sosial profilinin məlumatlarından istifadə edərək Virtual münsiflər heyətinin üzvü ola bilər və müsabiqənin nominantların seçimində iştirak edə bilər.

Ekspert Şurası – müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşır.

NETTY Akademiyası, Azərbaycanın ictimai, dövlət və biznes-strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur.

Ənənəvi olaraq müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək:

“Azərbaycan”, “Dövlət saytı”, “Elm və təhsil”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis-sayt”, “Korporativ sayt”, “Elektron Kommersiya sahəsində ən yaxşı sayt” “İdman”, “Şəxsi sayt”, “Virtual münsiflər heyətinin seçimi”.

2017-ci ildə “Əyləncə” nominasiyası ləğv edilmişdir və sosial şəbəkələrə istiqamətləndirilmiş iki yeni nominasiya əlavə edilmişdi: “Sosial şəbəkələrdə ilin adamı” və “Sosial şəbəkələrdə ilin şirkəti”.

Müsabiqə çərçivəsində fəxri nominasiyalar üzrə də mükafatlar veriləcək: “İlin proqramı”, “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi” və “İlin İT-hadisəsi”.

“İlin IT-Hadisəsi” nominasiyası üzrə iddiaçıların ərizələrinin təhlili nəticəsində həmçinin “ilin IT-şirkəti” nominasiyasında nominantlar və qalib müəyyən ediləcək.

NETTY çərçivəsində 2017-ci ildə ilk dəfə “İlin IT-Meneceri” nominasiyası keçiriləcək, onun vasitəsilə ölkənin IT-departamentlərinin ən yaxşı rəhbərləri (təşkilatın34 fəaliyyət sahəsindən asılı olmayaraq) müəyyən ediləcək.

Akademiyanın qərarı ilə 2017-ci ildə müsabiqədə iştirak üçün hər ərizə üzrə 10 AZN qeydiyyat haqqı tətbiq edilir. Mükafatın bütün əsas nominasiyaları üçün qeydiyyat haqqı hər ərizə üçün 10 AZN təşkil edir.

Resursların ərizələri ümumi şərtlərlə baxılır. Ödəniş yalnız Təşkilat Komitəsi tərəfindən qeydiyyatın təsdiqindən sonra həyata keçirilir.

Cari ildə, müsabiqə AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir.

Mükafatın Baş partnyoru – Azercell şirkətidir.

Müsabiqənin partnyorları aşağıdakılardır: BakuTel sərgisi. SmartHost.az və Renley.az şirkətləridir, Kassir.az və Acqalma.az layihələr

Tədbirə İnformasiya dəstəyini Infocity.az, telekanal CBC, 1news.az, Oxu.az, Disput.az, Salamnews.org saytları göstərir.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır.

2017-ci ildə NETTY Azərbaycan Milli İnternet-Mükafatı 13-cü dəfə keçəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!