Nisə Qasımova “Mədəniyyət Dalğası”nı təqdim etdi
Bu gün Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət dəstəyi Şurasının dəstəyi ilə tədbir reallaşıb.
Frame.az xəbər verir ki, tədbir xalq artisti Nisə Qasımovanın “Mədəniyyət Dalğası İctimai Birliyi” nin sədri seçilməsi münasibətilə təşkil olunub. Beləki sənətkar səhnə fəaliyyəti ilə bərabər ictimai sosial fəaliyyətə də başlayır.
Bununla bağlı olaraq 31 avqust və 1 sentyabr tarixlərində “İslam Mədəniyyəti Günləri” layihəsi həyata keçirilir.
Frame.az saytına danışan xalq artisti Nisə Qasımova xoş hisslərini bölüşərək, qürür duyduğunu dilə gətirib:
“Bəlkə də həyatımda ən gözəl hisslərdən birini duyuram. Vətəndaşlıq, insanlıq adına qürürluyam və yaxşı ki, mən də bu məmləkətdə yaşayıram, yaxşı ki, bu insanlardan biriyəm. Hisslərimi sevinclə paylaşıram. Yaxşı ki, “Mədəniyyət Dalğası” adlı qeyri-hökümət təşkilatı yaratdıq. Bu gün bizim ilk layihəmiz olacaq. İslam Mədəniyyəti Günlərinin bir layihəsini təqdim edirik. Maraqlı mülahizələr olacaq, dostlarımızı, insanları lazımi qədər maarifləndirəcəyik. Artıq 46 ildir ki, səhnədəyəm və heç bir ictimai-siyasi tədbirlərdən də geri qalmamışam. Bu illər ərzində yalnız oxudum, fikirlərimi sevənlərimə o cür çatdırdım. Mədəniyyət və Turizm Nazirliyinə, Əbülfəz Qarayevə öz təşəkkürümü buildirəm. Qarşıda Mədəniyyət Dalğası təsisçiliyini çox gözəl günlər gözləyir”.
Qeyd edək ki, layihə çərçivəsində islam mədəniyyətinin təblği ilə bağlı bir sıra nümayiş və tədbirlər həyata keçiriləcək. Ayrı-ayrı ölkələrin səfirlikləri ilə birgə İslam ölkələrinin mədəniyyəti, tarixi, mətbəxi nümayiş olunacaq.