Nisə Qasımova sədr seçildi

“Mədəniyyət dalğası” İB-yi 2017 ci il 31avqust-1 sentyabr tarixlərində “İslam mədəniyyəti günləri” adlı ilk tədbirini keçirdəcək.

Frame.az xəbər verir ki, Respublikanın Xalq artisti Nisə xanım Qasımova (31 oktyabr 2016-cı il tarixində qeydiyyatdan keçmiş) “Mədəniyyət dalğası” ictimai birliyinin sədri kimi ictimai fəaliyyətə başlamışdır.

Sənətkar qeyd etmişdir ki, bundan sonra səhnə fəaliyyəti ilə yanaşı, ictimai sosial fəaliyyətlə də məşğul olaraq sədri olduğu “Mədəniyyət dalğası” İB yeni layihə, tədbir, müxtəlif ictimai işlərə də imza atacaq. Qeyd edəkki “Mədəniyyət dalğası” ictimai birliyi Prezident yanında Qeyri-hökumət Təşkilatlarına Dəstək Şurasının 2017-ci il üçün elan etdiyi 2-ci müsabiqəsində “İslam mədəniyyəti günləri”adlı layihəsi müsabqədə qalib elan olunmuşdur.

Bununla əlaqədar “Mədəniyyət dalğası” İB-yi 2017 ci il 31avqust-1 sentyabr tarixlərində “İslam mədəniyyəti günləri” adlı ilk tədbirini keçirdəcək. Tədbirdə bir çox ictimai fiqurlar, sənət adamları, islam dünyasının müttəfikirləri iştirak edəcəkdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: