Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar videoçarx hazırlayıb.

İdarədən bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında oxuculara təqdim edilib.

Videoçarxda Şərqin dühası, görkəmli şair Nizami Gəncəvinin yaradıcılığından, onun irsinin Azərbaycan musiqi mədəniyyətindəki misilsiz rolundan, bəstəkarlarımızın şairin yaradıcılığından istifadə edərək yaratdıqları musiqi incilərindən geniş şəkildə danışılır.

Qeyd edək ki, bu il dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını bəşər mədəniyyətinin nailiyyəti kimi yüksək qiymətləndirərək bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: