IqtisadiyyatMobil dünyaTurizmTəqdimat

Növbəti Azercell mütəxəssisi kibertəhlükəsizlik üzrə yarışmada birinci oldu

Lider mobil operatorun əməkdaşı Cavid Cabbarlı “Skills Azerbaijan” milli müsabiqəsində qalib gəlib

Azercell-in Təhlükəsizlik departamentinin əməkdaşı Cavid Cabbarlı 17-24 yaş gənclər arasında kibertəhlükəsizlik üzrə (kiberhücum, kibermüdafiə və kibermühəndislik qollarını əhatə edən) “Skills Azerbaijan” milli yarışında fərdi yarışda 24 iştirakçı arasından seçilərək “Red Team” istiqaməti üzrə ölkə birincisi olub. Onun təmsil olunduğu komanda da maksimal xal toplayaraq birincilik qazanıb.   

Ümumilikdə yüksək nəticə göstərən uğurlu iştirakçılar “WorldSkills Azerbaijan” milli komandasına daxil olaraq, 80-dən çox ölkənin qatılacağı “WorldSkills Lyon 2024” yarışında iştirak etmək fürsəti qazanıb. Komandalar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində sözügedən beynəlxalq yarışda iştirak üçün hazırlığa cəlb olunublar. 

“Skills Azərbaycan” milli yarışının imtahan mərhələsində iştirak üçün 250 namizəd müraciət etmişdi. Onlardan 24-ü final mərhələsinə qatılmaq hüququ qazanmışdı.  

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!