Novruz ərəfəsində sosial şəbəkələrdə Azercell ilə daha aktiv ol!
Lider mobil operator bayrama özəl sərfəli “Sosial Şəbəkə” paketlərini təqdim edir
Bayram ərəfəsində abunəçilərinin sosial şəbəkələrdə daha çox vaxt keçirdiyini nəzərə alan “Azercell” onları xüsusi internet paketləri ilə sevindirir.
Lider mobil operator instaqram, feysbuk, yutub və tiktokun fəal istifadəçilərinə əsas internet paketlərinin trafikini sərf etmədən çoxçeşidli “Sosial Şəbəkə” paketlərindən yararlanmaq imkanı verir. Kampaniya martın 31-dək “Azercell”in “GəncOL”, “Sərbəst”, “İstəSən” tariflərinin, eləcə də aylıq internet paketlərinin abunəçiləri üçün keçərlidir.
“Sosial Şəbəkə” paketlərindən faydalanmaq üçün müvafiq açar sözünü 2525 qısa nömrəsinə göndərmək və ya telefonun ekranında müvafiq USSD kodunu yığmaq kifayət edir. Qeyd edək ki, paketlərin istifadə müddəti aktiv edilən tarixdən etibarən 30 gün təşkil edir və istifadə müddəti bitdikdən sonra paketlər yenilənmir.