CinemaEventsTəqdimatƏyləncə

CinemaPlus-da “Sonik” şou-proqramı

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında uşaqlar üçün “Sonik 2 kinoda” filminə həsr olunmuş şou proqram keçirilib.

Tamaşanın mərkəzində hər tərəfdən uşaqlarla əhatə olunmuş böyük Sonikpersonajı var idi. Onlar onunla rəqs edib, şəkil çəkdirirdilər. Nail Nəzərovun komandası balaca qonaqlara şarlardan fiqurlarhədiyyə edib, rəssam isə onların üzlərinə müxtəlif şəkillər çəkib.

Uşaqlar müsbət emosiyalar aldılarvə daha sonra “Sonik 2 kinoda” filminə baxmağa getdilər.

Sega tərəfindən nəşr olunan video oyun franşizasına əsaslanan 2022-ci il istehsalı olan döyüş-macəra komediya filminin rejissoru Ceff Faulerdir.

Baş rollarda  Ben Şvarts, İdris Elba və Cim Kerri.

Film haqqında qısa məlumat: Green Hills-də məskunlaşan Sonik, əsl qəhrəmanın bütün xüsusiyyətlərinə sahib olduğunu sübut etməyə çalışır. Qəhrəmanlıq sınağı isə tez qarşısına çıxır: Dr Robotnik yenidən hiylə qurur. Bu dəfə – sirli tərəfdaşı Naklz ilə.

Foto və video çəkilişləri “Light in Black” kreativ şirkəti təqdim edib.

“CinemaPlus” hər zaman öz tamaşaçılarını parlaq və əvəzolunmaz tədbirlərlə sevindirməyə və uşaqlar üçün əsl bayram təşkil etməyə hazırdır!

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!