CinemaEventsMaraqlıTəqdimat

Bakıda “Cadı” türk filminin qala gecəsi olub

Bakıda “CineMastercard” premium kinoteatrında “Cadı” (Cadugər) türk filminin qala gecəsi keçirilib.

Türkiyəli qonaqlar qırmızı xalıdan keçib və pərəstişkarları ilə foto çəkdiriblər.

Ekran əsərinin baş rollarını məşhur aktyorlar Furkan Andıç, Buse Meral və Çağdaş Onur Öztürk canlandırıblar. Filmin rejissoru isə Erman Bostandır.

Filmdə Osmanlı İmperiyasının dağılması zamanı gənc dul qadın Fikriyənin evlənmək məcburiyyətində qaldığı Naşit Nefi Əfəndi ilə bağlı cadugər dedi-qodularının sirrini aydınlaşdırmağa çalışarkən baş verən gərgin hadisələr və yaşadıqları malikanə ilə bağlı sirli hekayədən bəhs edir.

Sayta müsahibəsində baş rol ifaçısı Furkan Andıç filmin qala gecəsinin Bakıda keçirilməsindən qürur və xoşbəxtlik hissi duyduğunu vurğulayıb.

Film barədə danışan aktyor çəkiliş zamanı hər kəsin çox həvəslə çalışdığını deyib. Aktyorluq həyatı boyu xatırlayacağı təcrübələr qazandığını bildirən F.Andıç qısa müddətdə çox sürətli və gərgin hazırlıq prosesi keçirdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Furkan Andıç Azərbaycan tamaşaçısına “Kara Tahta”, “Her Yerde Sen”, “Meryem” seriallarından yaxşı tanışdır.

Buse Meral “Bizim Hikaye”, “Destan”, “Baba” seriallarında, Çağdaş Onur Öztürk isə “Yuvamdaki Düşman”, “Avlu”, “Ömer” və digər layihələrdə rol alıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!