Nura Suri “Sevgi romanı”-nı təqdim etdi
Tanınmış müğənni Nura Suri yeni, şıltaq süjetli “ Sevgi romanı” adlı klipini təqdim etdi.
Mahnının adından məlum olur ki, klip məhz dərin, güclü, həssas olan sevgi mövzusunda çəkilib. Klipin qəhrəmanları zərif bir qadın və üzü görünməyən, yalnız maraqlı obraz yaradan kişi əlləridir.
Süjet zarafatlar üzərində yaransa da, burada iki nəfərin bir birinə olan çox təmiz və səmimi məhəbbəti özünü biruzə verir.
Xoşbəxt sonluqla bitən “Sevgi romanı” adlı klip rejissor Natiq Muxtarovun ilk işidir.
Mahnının sözləri Zülfi Badalova, aranjimanı Fərid Ağaya aiddir.
Klipin prodüseri və ideya müəllifi tanınmış jurnalist Seymur Zəkəriyayevdir.
Frame.az