“Odlar Yurdu – 2018 Milli Mükafatı″na kimlər layiq görüldü?
“Tonika Group”un təşkilatçılığı ilə “Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında” təşkil olunan “Odlar Yurdu Milli Mükafatı – 2018″in qala gecəsi olduqca maraqlı keçdi. Gecədə 2018-ci ilin yekun nəticələrinə uyğun olaraq, Dövlət Rəsmiləri, Millət vəkilləri, Nazirliklər, Hüquq Mühqfizə Orqanları, Gənclər Təşkilatları, İcra Hakimiyyətləri, Mədəniyyət və İncəsənət xadimləri, KİV nümayəndələri və s. “Odlar Yurdu” Milli Mükafatına layiq görüldülər.
Mükafatlar təşkilat komitəsinin araşdırmaları ilə sosial şəbəkələrdə və ümumi illik göstəricilərinə əsasən şəxsi iş fəaliyyətində fərqlənən nominantlara təqdim olunub.
Mükafata layiq görülənlər arasında Millət Vəkilləri Hikmət Babaoğlu, Elman Nəsirov, Qənirə Paşayeva, Adil Əliyev, Mədəniyyət Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Politoloq Ramiz Alıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, SƏS Media Qrupun Rəhbəri Bəhruz Quliyev, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, Fəxri Mədəniyyət İşcisi Gülşən Əzizova, Əməkdar artistlər Ehtiram Hüseynov, Rəşad İlyasov və s. olub.
“Tonika Group”un təsisçisi və direktoru Nicat Həsənzadənin KİV-ə açıqladığı məlumata əsasən, rəhbərlik etdiyi qrumun illik fəaliyyət planında bir çox layihələr yer alıb onlardan biri də “Odlar Yurdu” Milli Mükafatlandırma mərasimidir, Nicat Həsənzadə onu da qeyd edib ki, artıq sayca üçüncü dəfədir hər ilin yekun nəticələrinə uyğun olaraq sorğular təşkil olunur və sorğularda qalib gələn müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqi və fiziki şəxlərə “Odlar Yurdu” Milli Mükafatı təqdim olunur, növbəti tədbir isə 2019-ci ilin yekun nəticələrinə əsasən təşkil olunacaq və bu təbdirin 2020-ci ilin yanvar-fevral aylarında olacağı gözlənilir”
Frame.az