Təqdimat

Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş keçirilib

İyulun 12-də Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə növbəti görüş keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən toplantıda gənclər və idman naziri Fərid Qayıbov  federasiya nümayəndələri və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıdakı olanlar barədə danışıb, görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən, V İslam Həmrəyliyi Oyunlarına hazırlıq; Avropa və dünya çempionatlarının televiziya yayım hüquqlarının alınması; nizam-intizam və apellyasiya komitələrinin yaradılması; federasiyalar tərəfindən 2022-ci ilin ilk 6 ayı ərzində görülmüş işlərlə bağlı hesabatın tərtib edilməsi; istiqamətlər üzrə inkişaf planlarının hazırlanması; idmançıların, məşqçilərin, hakimlərin və həkimlərin lisenziyalaşdırılması; idmançıların reytinq cədvəlinin müzakirəsi; ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı texniki reqlamentin hazırlanması; idman turizminin inkişaf etdirilməsi; tədbir və yarışların qeydiyyat sistemi və digər məsələlər müzakirə edilib, federasiya nümayəndələrinin təklifləri dinlənilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!