Hemofiliya Assosiasiyası Liderlər Konfransında iştirak etdi

25-27 iyun 2020-ci il tarixdə özündə 47 Avropa ölkəsini birləşdirən Avropa Hemofiliya Konsorsiumunun onlayn Liderlər konfransı keçirildi.
Azərbaycan adından Konsorsiumun üzv təşkilatı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının Liderlər konfransında 3 nəfərdən ibarət təmsilçi iştirak etdi. Konfransda dünyanın tanınmış həkimləri tərəfindən elmin son nəaliyyətləri olaraq gen terapiyası və yeni müasir dərman preparatları ilə müalicəyə dair təqdimatlar olunmuşdur. Daha sonra ölkələr arası təcrübə mübadiləsi aparılmışdır. Avropa Hemofiliya Konsorsiumu tərəfindən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının fəaliyyətinə xüsusi önəm verilərək, digər pasient təşkilatlarına nümunə kimi təqdim edilmişdir.
P.S. Pademiya olmasaydı Liderlər Konfransına Belçika, Brüsselə dəvətli idik.
#Hemofiliya #Hemophilia #Səhiyyə #Pasient #HemofiliyaAzərbaycan #HemophiliaAzerbaijan
#HemofiliyalıXəstələrinRespublikaAssosiasiası
#EHC

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!