“Orqanik Qida” Sizin Sağlamlığınızın Keşiyindədir-FOTO-lar
Martın 17-də sağlamlığımızı düşünərək, yalnız təbii və orqanik məhsullar, eyni zamanda həmin məhsullardan hazırlanmış dadlı yeməkləri bizə təqdim edən “Orqanik Qida”-nın sayca ikinci mağazasının açılışı baş tutdu.
Bəs orqanik qida nədir?
Orqanik qidalar – yetişdirilməsində süni gübrələrin, həşərat dərmanlarının, hormonların, antibiotiklərin, boyaların, kimyəvi maddələrin və qablaşdırma vəsaitlərinin istifadə olunmadığı məhsullardır, üzvi əkinçiliyin məhsulu olub bitki və heyvan mənşəlidir.
Orqanik qidanın ən əsas üstünlüklərindən biri dərmansız olmasıdır. İstehsalında hormon və gübrə istifadəsi az olduğu üçün torpağın mineral baxımdan daha zəngin olması şərtdir. Nəticədə, həmin məhsullar mineralı az olan və gübrəli torpaqlarda yetişən ərzaqlardan daha dadlı olur. Orqanik qidalara daha çox vitaminə ehtiyacı olan hamilə qadınların və uşaqların üstünlük verməsi məsləhətdir. Təbii qidalar və orqanik qidalar arasındakı ən böyük fərq ikincinin nəzarət altında yetişdirilməsidir.
Orqanik qidaların faydaları
Xərçəngə qarşı bədənin müqavimətini artırır, ürəyin sağlamlığını qoruyur, bəzi infeksiyaların meydana gəlməsinin, damar tutulmalarının, yaşlanmanın qarşısını alır, toksinlərin xaric olmasını təmin edir, hüceyrələrin və toxumaların quruluşunu qoruyur.
“Forbes” jurnalının məlumatına görə, dünyanın ən sağlam qidaları siyahısında 12 məhsulun adı var. Qidaların siyahısının hazırlanmasında qidalanma üzrə amerikalı mütəxəssis Conni Bovdenin qələmə aldığı “The 150 Healthiest Foods On Earth” (Dünyanın ən sağlam 150 qidası) adlı kitabdan istifadə edilib.
Yaşıl çay: nəfəs borusu xəstəlikləri, o cümlədən mədə xərçənginə tutulma riskini azaldır.
Nar: qan dövranını tənzimləyir. Damarları qoruyur və şiş xəstəliklərində şişlərin böyüməsinə mane olur.
Alma: ağciyər xərçəngi, astma, diabetdən qoruyur. Sümükləri gücləndirən kalsium ilə zəngindir. Yeməkdən 30 dəqiqə əvvəll yeyildikdə iştahı azaldır.
Brokolli: xərçəngin bütün növlərinə tutulma riskini azaldır. Mineral və vitaminlərlə zəngindir. Bədəni toksiki maddələrdən təmizləmək qabiliyyətinə malikdir.
Yumurta: təbiətin ən qüsursuz qidası hesab edilir. Proteinlə zəngindir. Beyni və göz sağlamlığını gücləndirir.
Qırmızı ət: Omega-3 vitamini ilə zəngindir. Lazımi miqdarda istifadə edildiyində, xərçəngdən qoruyur. Protein və B12 vitamini mənbəyidir.
Fındıq-fıstıq: həftədə 5 dəfə çərəz yemək infarkt və ürək problemlərini 30-50 faiz azaldır. Gün ərzində 25 qram çərəz yemək kifayətdir.
Süd: vitamin, mineral və faydalı bakteriyalarla boldur. Süd xərçəngə qarşı mübarizə aparan “CLA” asidinin yaranmasına kömək edir.
Balıq: tərkibindəki Omega-3 beyni və ürəyi qoruyur. Qan şəkərini tənzimləyir.
Lobya: çəkini, qan şəkərini tənzimləyir. Xərçəng və ürək xəstəliklərindən qoruyur. Gündə 25-28 qram qəbul edilməsi məsləhətdir.
Qarağat: xərçəngdən qoruyan antioksidanlarla boldur. Yaddaşı gücləndirir.
Soğan və sarımsaq: mədə, prostat, yemək borusu xərçənginə qarşı müqaviməti artırır. Ürək xəstəlikləri riskini 20 faiz azaldır.
Sağlıqlı bəslənmək bizim ömrümüzü uzadır. Odur ki, yolunuzu M.Naxçıvani küç. (6-cı parallel) ünvanında yerləşən “Orqanik Qida” mağazasından salın və daima sağlam olun.
Açılış tədbirindən fotoları sizə təqdim edirik. Frame.az