Baku City CircuitFormula 1IdmanTəqdimat

Ostində Formula-1 mövsümünün üç ABŞ mərhələsindən ikincisi başlayır

Formula-1 üzrə dünya çempionatının 18-ci mərhələsi olan ABŞ Qran- Prisinə bu gün Texasın Ostin şəhərindəki “Trass Amerik” avtodromunda start veriləcək. Bu, cari mövsümdə sprint yarışının keçiriləcəyi beşinci ralli olacaq.

Dünya çempionatında sprint yarışı üzrə format yenidən dəyişdirilib. Əvvəllər cümə günləri şənbə gününün sprint yarışına vəsiqə verilir və 100 kilometrlik yarışın nəticəsi əsas bazar yarışı üçün başlanğıc mərhələsini təyin edirdisə, indi cümə günü əsas yarışa vəsiqə verilir və şənbə günü ikinci sərbəst yürüş əvəzinə sprint yarışı keçiriləcək. Bazar günü sərbəst yürüş isə qısaldılmış formatda keçiriləcək: birinci 12, ikinci 10, üçüncüsü isə 8 dəqiqə davam edəcək. Sprint üzrə xal sistemi əvvəlki kimi saxlanılıb. Bu xalları ilk 8 pilot alacaq: qalib səkkiz xal, finişə səkkizinci çatan isə bir xal əldə edəcək.

Mövsümün əsas suallarının cavabları artıq məlumdur – “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen vaxtından əvvəl üçqat dünya çempionu adını qazanıb, onun komandası isə altıncı dəfə “Konstruktorlar” kubokunu əldə edib. Meksikalı Serxio Peres (“Red Bull”) yeddiqat dünya çempionu britaniyalı Luis Hemiltondan (“Mercedes”) 30 xal irəlidədir. Formula-1-in ikiqat çempionu olan ispaniyalı Fernando Alonso (“Aston Martin”) Hemiltondan 11 xal geridədir. Konstruktorlar kubokunda da “Mercedes” (326 xal) və “Ferrari” (298 xal) arasında ikinci yer uğrunda mübarizə davam edir.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!