Faydamız OlsunMotivasiyaMəsləhət

Öz işinizi qurmağın əsas üstünlükləri

Bir çox insanlar təhsil ocaqlarını bitirdikdən və müəyyən yaş həddinə çatdıqdan sonra əmindirlər ki onlar bir işə düzəlməli və beləcə karyeralarını davam etdirməlidirlər. Lakin bu heç də yaxşı ideya deyil. Siz təəcüblənəcəksiniz. Amma hər şey çox sadədir. Bunun alternativi var – o da özünüzə işləməkdir.

Məqaləmizdə özünüzə işləmək üçün 7 tutarlı səbəb barədə sizə məlumat vermək istərdik.

Siz dayanmadan bütün gün ərzində pul qazanırsınız.
Sözsüz ki, yaxşı ödənilən bir işə düzəlmək və öz vaxtınızı, əməyinizi pula çevimək əla bir ideyadır. Lakin bu heç də ağlabatan ideya deyil. Səbəbi isə ondan ibarətdir ki, işdə sizə yalnız siz işlədiyiniz zaman pul verirlər. Siz işləmədiyiniz vaxtlarda belə pul qazanmaq barədə necə, düşünmüsünüzmü heç? Bir anlıq da olsa gün ərzində dayanmadan pul qazanmağın sizin həyatınızı necə dəyişə biləcəyini təsəvvür edin.

Siz həftə ərzində 40 saatdan çoxunu işdə keçirirsiniz. Bu fakt çox az adamı narahat edir. Hər birimizi alacağımız pulun dəyəri və vacibliyi maraqlandırır. Məhz buna görə biz öz vaxtımızı ödəməyə hazırıq. Razılaşaq ki, öz vaxtımızın pula çevrilməsi heç də pul qazanmaq üçün yaxşı metod deyil. Sizin qazancınızın vaxtınızın sərf edilməsindən asılı olmayaraq artması ilə nəticələnən daha gözəl metodlar var.

Bu məsələn, sizin öz şəxsi biznesinizin qurulması, hər hansı bir sahəyə investisiya, ixtiralarınızın satışında əldə edilən gəlir, saytın yaraılması, yaradıcı işdən alınan qonorar və s. ola bilər. Bu halda sizin qurmuş olduğunuz sistem daim insanlara xeyir gətirir, sizə gəlir qazandırır və ən əsası sizin ona vaxt ayırıb ayırmamağınızdan asılı olmayaraq dayanmadan fəaliyyət göstərir. Öncədən siz bu sistemin doğru işə düşüb çalışması üçün vaxt və səy ayırırsınız. Sistem normal çalışdıqdan sonra siz artıq öz dəyərli vaxtınızı ona həsr etməyəcəksiniz. O andan etibarən sizin vaxtınızın əsas hissəsi qurmuş olduğunuz sistemin təkmilləşdirilməsi və ya yeni sistemlərin işə salınması yolu ilə gəlirlərinizin artırılmasından ibarət olacaqdır.

Bütün gəlirlər yalnız sizə məxsusdur.
Muzdlu işdə işləyərkən siz yalnız əmək haqqınız üçün deyil, eləcə də vergilər, sahibkarlar və investorlar üçün çalışırsınız. Sizin əsl məvacibiniz daha çox ola bilər, lakin bu pulların əksər hissəsini siz heç vaxt almayacaqsınız. Siz öz işinizi qurarkən və özünüzə işləyərkən isə, əksinə bütün gəlirləriniz sizə məxsusdur.

Siz gəlirlərinizi özünüz idarə edirsiniz.
Muzdlu işdə işləyərkən, hər dəfə gəlirlərinizin artırılmasını istəyəndə siz öz tələbləriniz haqlı olduğunu sübut etmək məcburiyyətində qalırsınız. Bütün bu səylərə baxmayaraq siz heç də həmişə müsbət cavab almırsınız. Özünüzə məxsus gəlir qazanma sistemində isə gəlirinizin miqdarını özünüz idarə edirsiniz.

Maliyyə cəhətdən azad olmaq yolunda biliklər qazanırsınız.
Bir qayda olaraq insanlar təcrübə qazanmaq üçün işə düzəlirlər. Lakin bizim hamımız işimizin olub olmamasından asılı olmayaraq bu həyatdan təcrübə qazanırıq. İstənilən iş yalnız bu iş barədə təcrübə qazanmağa imkan verir. Başlanğıcda siz həqiqətən də bir çox şeyləri öyrənməyə başlayırsınız, lakin sonradan heç bir şey dəyişmədən davam edir. Buna görə də siz digər daha vacib və qiymətli imkanlardan məhrum olursunuz. Necə bir təcrübə qazanmaq istədiyiniz barədə özünüzə sual verin. Müəyyən bir işi görərək o iş barədə bilik qazanmaq və eyni zamanda vaxtınızı pula çevirmək yoxsa maliyyə azadlığına qovuşaraq heç bir muzdlu işə ehtiyac duymamaq? Çox güman ki siz ikinci variantı seçərdiniz.

Öz işinizi qurmaqla özünüz özünüzün ağasısınız.
Siz müəyyən bir işə düzələndə birbaşa işin sahibinə və ya rəhbərə tabe olursunuz. Hər hansı bir tapşırığı yerinə yetirmək istməyəndə nə baş verir? Çoxlarına belə iş ləzzət eləmir çünki sıxıntı və açıq etiraza səbəb olur. Öz işinizi qurduğunuz təqdirdə isə siz özünüz özünüzə rəhbər və ağasınız.

Siz təhlükəsiz bir şəraitdəsiniz.
İnsanların çoxu əmindir ki, işə düzəlmək özünü və ailəsini dolandırmaq üçün ən etibarlı və təhlükəsiz yoldur. Lakin unutmayaq ki istənilən cəmiyyətlərdə işinizi itirmək ehtimalı bəzən yüksək olmasa da qalır. Müzdlu işçi olmaqla siz özünüzü əsla təhlükəsiz hiss edə bilməzsiniz, çünki yaranmış şəraiti idarə edə bilmirsiniz. Yalnız özünüzə işləməklə siz hər bir şeyi kontrol altında saxlayırsınız.

Siz öz ünsiyyət dairənizi və hərəkət azadlığınızı müəyyən edə bilirsiniz.
Siz müəyyən bir strukturda işlədiyiniz zaman o sahəyə aid insanlarla ünsiyyət qurmalı olursunuz. Bundna əlavə istənilən bir şirkətdə korporativ mədəniyyət mövcud olur. Bu da öz növbəsində sizin üzərinizə müəyyən məhdudiyyətlər və tələbatlar qoyur. Sizlərdən heç də hamı belə bir şəraitlərdə işləməkdən zövq ala bilməz. Özünüzə işlədiyiniz zaman siz tam azadsınız – istədiyiniz insanlarla ünsiyyət qura və müəyyən şəraitlərdə özünüzü istədiyiniz kimi apara bilərsiniz. Ürəyinizdən keçən bir qaydada həyatınızı qurub ondan həzz alırsınız.

Xülasə
Hər kəsin seçim azadlığı var. Kim istəsə müvafiq bir iş tapıb orada karyera qurar, kim də istəsə öz işini qurub azad olar. Sizlərdən çoxu artıq bilir ki iş tapmaq heç də onların axtardıqları deyil. Öz intuisiyanıza arxalanın. Siz özünüzə işləmək qərarı verdikdən sonra anlayacaqsınız ki digərlərinə böyük dəyər vermək iqtidarındasınız. Onlar da bunun qarşılığında sizə bpyük məmnuniyyətlə əvəz ödəməyə hazır olarlar. Müəyyən vaxt keçdikdən sonra əmin olacaqsınız ki bu atdığınız ən müdrik qərarlardan biridir.

Maraqli.info

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!