Park Cinema-da «Robin Hud: Başlanğıc» filminin nümayişi baş tutub
Noyabrın 27-də METROPARK ticarət-əyləncə mərkəzində yerləşən Park Cinema kinoteatrında rejissoru Otto Batxerst (“Qaragüzgü”) və prodüserləri Leonardo Di Kaprio, Cennifer Devisson və Cobi Harold olan “Robin Hud: Başlanğıc” bədii filminin qapalı nümayişi keçirilib.
Qeyd edək ki, tədbirdə media nümayəndələri, qonaqlarla yanaşı Azərbaycanın xalq yazıçısı, yazıçılar birliyinin katibi Çingiz Abdullayev də iştirak edib.
Bu, Robin Hud haqqındakı klassik hekayənin ən son ekranizasiyasıdır.
Baş rolda Teron Ecerton (“Milyaderlər klubu”, “Kingsman: Qızılüzük”, “Əfsanə” ), digər rollarda isə “Oskar” mükafatının sahibi Ceymi Foks (“Rey”, “Azad edilmiş canqo”, “Drimqerlz”), Ben Mendelson (“Bir nömrəli oyunçu hazırlaşssın”, “Qaranlıq vaxtlar”, “Qara cəngavər: əfsanənin qayıtması” ), İv Hyuzon (“Kəpənək”, “Sözlər kifayətdir”) və başqaları çəkiliblər.
“Robin Hud: Başlanğıc” xeyirxah quldur haqqında ilk filmdən, “Robin Qud və onun cəsur dostları”-dan (1908) 100 il və filmin sonuncu rimeykindən “Robin Hud” (2010) səkkiz il sonra ekrana çıxır.
Filmin çəkilişlərinin vaxtı dəyişdirilmişdi, çünki Otto Bathesrt həmin vaxt “Kingsman: Qızıl üzük” filmində çəkilən Teron Ecertondan başqa heç kimi baş rolda görmürdü. Bu rola həmçinin Cek Haston, Dilan O Brayan və Nikolas Hultu sınamışdılar.
Tamaşaçılar filmin həyəcanverici süjetindən çox saylı zallara malik olan “ParkCinema” kinoteatrlar şəbəkəsində 29 noyabrdan etibarən zövq ala biləcəklər. Bu gün şəbəkəyə FlameTowers, Park Bulvar, METROPARK və Zagulba Mall ticarət-əyləncə mərkəzlərində yerləşən bir neçə kinoteatr daxildir.
Frame.az