Park Cinema-dan ad günü hədiyyəsi – 1 bilet alın və 1-ni pulsuz əldə edin

Adətən ad günü zamanı hədiyyələri qəbul edirlər, lakin Park Cinema şəbəkəsi qonaqlarına özü hədiyyə etmək qərarına gəlib. Bu gün istənilən Park Cinema-nın kassasından 1 bilet alan hər bir tamaşaçıya bir bilet hədiyyə olunacaq. Aksiya bir gün müddətində keçərlidir və diqqətəlayiq odur ki, o, kino premyeraları üçün ənənəvi gün olan cümə axşamı günü keçiriləcək.

Belə ki, bu gün Park Cinema repertuarında müxtəlif janrlarda və ən müxtəlif zövqlərə uyğun filmlər var. Bu, Marvel-dən yeni mərhələnin başlanğıcı – “Əbədilər”in və Ridli Skottun daha bir şah əsərinin – “Sonuncu duel”in və “Fulya” sənədli filminin və bu gün eyni anda dörd premyera baş tutacaq –“Addamslar Ailəsi”, Ues Andersonun “Fransız Carçısı”, “Sohoda keçən gecə” və Türkiyə istehsalı olan “Zoraki Misafir”komediyası.

“1+1” aksiyası istənilən formatda, istənilən zalda və günün istənilən vaxtı filmlərə şamil edilir. Xatırladaq ki, Park Cinema şəbəkəsində dörd kinoteatr fəaliyyət göstərir – Park Cinema Flame Towers, Park Cinema Park Bulvar, Park Cinema Metropark və Park Cinema Zaqulba Mall. Park Cinema Azərbaycanda IMAX zalı olan yeganə kinoteatrlar şəbəkəsidir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: