CinemaTəqdimatƏyləncə

Park Cinema “Hörümçək adam: evdən uzaq” filminin xüsusi baxışını keçirib

“Hörümçək adam”-ın pərəstişkarları Park Cinema Metropark-a yığışmışdılar ki, bu dəfə Avropa tətillərinə yola düşən Piter Parkerin macəraları haqqında növbəti filmi seyr etsinlər.

Filmdəki hadisələrin qəfil “döngələri”barədə danışmayacağıq, bu barədə rejissorlar kimi, xüsusi nümayişin təşkilatçıları da xahiş edir.

“Qisasçılar”-ın üçüncü fazasının sonuncu filmi və Dəmir Adam Toni Starkın sadiq personaj kimi xatırlandığı birinci film bütün franşiza tarixində  ən kult filmlərdən biri olmaq şansına malikdir.Yaradıcılar həm də Cek Cillenhollu dəvət etməklə Misteriyaya yeni həyat vermiş olublar, Tom Holland isə Hörümçək-adam rolunun öhdəsindən mükəmməl gəlib. Nik Fyurini ifa edən möhtəşəm Samuel L.Cekson bir il ərzində Marvelin kinematoqrafik kainatındakı üç filmdə peyda olan ilk aktyor oldu.

Park Cinema Metroparkdakı xüsusi nümayişin qonaqları sırasında videobloqer Taleh Yüzbəyov və aktyor Azər Aydəmir də vardı. Əlbəttə ki, Hörümçək-adamsız da iş keçməzdi. Ümumiyyətlə bu Park Cinema üçün xoş ənənəyə çevrilir: martın sonunda Şəbəkə sonuncu “Qisasçılar”ın xüsusi nümayişini təşkil etmişdisə, indi də “Hörümçək adam”ı tamaşaçılarla görüşdürdü.

“Yay kinoteatrlarda heç də fəal mövsüm hesab edilmir, amma bu yay görünür istisna olub. İyulun sonunda “Kral Şir” start götürür, avqustda “Forsaj: Hobbs və Şou” nümayiş olunacaq. Həmçinin biz teatr və opera tamaşalarının, konsertlərin və sənədli filmlərin nümayişini davam edirik. Məsələn “BTS” Cənubi Koreya qrupundan bəhs edən “Bring The Soul” filminə biletlər artıq satışa çıxarılıb. Biz bu yaxınlarda “Take That” konsert qrupunun yubiley konsertini, insanın Aya birinci uçuşundan bəhs edən “Apollon-11” sənədli filmini, Uilyam Şekspirin pyesi əsasında “Bu necə sizin xoşunuza gələcək?” teatr tamaşasını nümayiş etdirdik.  Bu bir daha sübut edir ki, Park Cinema  – istənilən tamaşaçı üçün kinoteatrdır” – Şəbəkənin piar meneceri Rüstəm Fətəliyev belə deyib.

Azərbaycan tamaşaçıları “Hörümçək adam: evdən uzaqda” filminə  IMAX 3D formatında yalnız ParkCinema Flame Towers-də baxa bilərlər. Həqiqi səsdən Park CinemaMetroparkdakı Dolby Atmos kinoteatrında, dəqiq təsvirdən isə Park Bulvardakı Park Cinema LaseR-dən zövq almaq mümkündür. Şəhərkənarı istirahət və “bağçılar” üçün xüsusi olaraq Cinema Zagulba Mall fəaliyyət göstərir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!