Park Cinemada AvropaTolerantlıq Festivalı keçiriləcək

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, DokuBaku, Park Cinema, Landmark Hotel, “United Cultures”, Bakı Media Mərkəzi, YARAT və Turkish Airlines-ın birgə əməkdaşlığı nəticəsində Bakıda IMAGINE Avropa Tolerantlıq Festivalı keçiriləcəkdir.

Bu barədə məlumatı 6 sentyabr tarixində keçirilən mətbuat konfransında Park Cinema və Avropa Birliyin ümayəndələri bildirmişdir. IMAGINE AvropaTolerantlıq Festivalının və DokuBakunun əsas məqsədi mədəniyyətlər arası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.

IMAGINE Avropa Tolerantlıq Festivalı 2017-ci il, oktyabr ayının 12-dən 20-ə qədər Bakıda keçiriləcək və bir çox müxtəlif tədbirləri özündə birləşdirəcək: musiqi tamaşaları, debatlar və müzakirələr, film nümayişləri,  foto və video müsabiqəsi, incəsənət sərgiləri və s. IMAGINE çərçivəsində bir sıra tanınmış rejissorlar, musiqiçilər və digər sənətkarların iştirakı gözlənilir.

Kino bölməsi xüsusi aktuallığa malikdir. Tolerantlıq və müxtəliflik mövzusunu özündə əks etdirən 20 Avropa sənədli filmi DokuBaku Beynəlxalq Sənədli film Festivalı çərçivəsində təqdim olunacaq.  DokuBaku Beynəlxalq Film Festivalı dünyanın hər yerindən seçilmiş məşhur sənədli və reallığa əsaslanan filmləri Azərbaycan tamaşaçılarına nümayiş etdirəcək. İlk dəfə keçiriləcək olan Festivalın əsas mövzusu sosial və mədəni məsələlərə qarşı yeni yanaşmanı araşdıran Reallığın Yoxlanılmasıdır.

Mətbuat kkonfransında, həmçinin, izləyicilərə yerli rejissor İmam Hüseynin məcburi koçkün ailəsi haqqında çəkdiyi sənədli filmi –  “Ümid” də mediaya təqdim olunub. Bu film bütün çətinliklərə baxmayaraq sönməyən ümid barəsindədir.

Festival zamanı oktyabr ayında Park Cinemada nümayiş olunacaq filmlər haqqında daha ətraflı məlumat tezliklə kinoteatrın sosial səhifələrində və parkcinema.az və sizinavropa.az saytlarında yerləşdiriləcəkdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: