CinemaEventsMusiqiTəqdimatƏyləncə

“Park Cinema”da BTS qrupunun film-konserti nümayiş olunacaq

Fanatlar BTS qrupunun “Park Cinema”da nümayiş olunacaq film-konsertinə bütün biletləri alıb: şəbəkə yeni biletləri satışa buraxır və konserti Dolby Atmos formatında da göstərəcək

Rusiya və MDB ölkələrində satışların ilk günündə 25 mindən çox satılan bilet. Bütün dünyaya səs salmış Koreya musiqisinin fenomeni sayılan BTS qrupunun Seul Olimpiya Stadionunda BTS WORLD TOUR “LOVE YOURSELF” çərçivəsində keçirilmiş konsert “Park Cinema” şəbəkəsinin iki kinoteatrında nümayiş olunacaq.

“Biletlərin satışlarına dünən axşam start verdik və ən qısa zamanda bütün biletlər rezervasiya olunub, bu biletlərin əksəriyyəti isə alınıb. Bilirdik ki, Azərbaycanda bu qrupun fanatları çoxdur və onlara belə bir sürpriz hazırladıq. Konsertin nümayişi bayramlardan sonra keçirilsə də, konsertə bilet qrupun fanatı üçün əsl bayram hədiyyəsi olacaq”, – deyə “Park Cinema”nın piar meneceri Rüstəm Fətəliyev bildirib.

BTS WORLD TOUR “LOVE YOURSELF” film-konserti “Park Cinema Flame Towers” kinoteatrında dekabrın 26-sı, saat 15:00 və 17:30-da nümayiş olanacaq. “Park Cinema Metropark”da fəaliyyət göstərən və müştərilərə səsin ən yüksək keyfiyyətini təmin edən “Dolby Atmos” zalına satışlar ən yaxın zamanda başlanacaq.

“Bu, “Park Cinema”da “Dolby Atmos” formatında nümayiş olunan ilk konsert olacaq. Əminəm ki, qonaqlarımız bu konserti layiqincə qiymətləndirəcək”, – deyə Fətəliyev əlavə edib.

Yeddi solistdən ibarət BTS qrupu son illər ərzində beynəlxalq çartlarının liderlərinə çevrilib və k-pop janrında çıxış edən “Qremmi” mükafatının nominasiyasına layiq görülən ilk qrupdur. BTS-in dinamik müsiqisi, rəngarəng üslubu və fanatların, sözün əsl mənasında, ordusu var. Onlar özlərini elə də adlandırır – “A.R.M.Y.” (“Adorable Representative M.C. for Youth”).

Rusiya və MDB ölkələrində konserti nümayiş etdirən “Cool Connection”in məlumatına görə, Cənubi Koreyanın prezidenti Mun Ceyin öz “Twitter”ində amerikan çartlarında liderliyi əldə etməsi münasibəti ilə BTS-i təbrik edib. Fenomenal uğura sahib olan qrupun əsl pərəstişkarları BTS-in konsertindən əsl həzz alacaqlar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!