PAŞA Sığorta “COP-29 İnsan Resursları” Forumunda “Best people-focused CEO” və “Best Green HR Technology Strategy” mükafatlarına layiq görülüb!
Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə 15 oktyabr tarixində ölkəmizdə ilk dəfə “Dayanıqlı gələcək üçün yaşıl insan resursları” şüarı ilə “COP29 Human Capital Forum” tədbiri keçirilib.
Tədbirdə yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə baş direktorları, dünyanın aparıcı konsaltinq şirkətlərinin rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxsləri iştirak edib.
Tədbirin sonunda PAŞA Sığorta şirkəti 2 nominasiya üzrə mükafat qazanıb. Şirkətin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova “Best people-focused CEO” mükafatına layiq görülüb. Forumda PAŞA Sığorta şirkətinin İnsan Resursları departamenti isə “Best Green HR Technology Strategy” mükafatını qazanıb. Bu mükafatlar PAŞA Sığortanın insan resursları sahəsində mükəmməlliyə və əməkdaş-yönümlü liderlik və innovasiyaya verdiyi önəmi bir daha nümayiş etdirir.
“Şirkətin yaratdığı əməkdaş yönümlü mədəniyyət, daxildə işçi bağlılığını artırmış və PAŞA Sığortanı ən çox seçilən işəgötürənlərdən birinə çevirmişdir. PAŞA Sığortaya təqdim olunan “Best Green HR Technology Strategy” mükafatı isə şirkətin insan resurslarında innovativ və məlumat əsaslı yanaşmalardan istifadə edərək dayanıqlılığı və əməliyyatların optimallaşdırılmasına verilən önəmi göstərir.”– deyə şirkətin İnsan Resursları departamentinin rəhbəri Günay Teymurova bildirib.
PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.